“Qalatasaray” “Barselona”ya uduzaraq mübarizəni dayandırdı

“Qalatasaray” “Barselona”ya uduzaraq mübarizəni dayandırdı
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Polemika.az xəbər verir ki, bu günə nəzərdə tutulan 7 görüşdən dördü başa çatıb.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmadığından, bu nəticə "Barselona"nı 1/4 finala daşıyıb.
Kataloniya təmsilçisi ilə yanaşı, İtaliyanın "Atalanta", Portuqaliyanın "Braqa" və Şotlandiyanın "Reyncers" klubları da mərhələ adlayıblar.
1/8 finalın digər 4 cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Avropa Liqası, 1/8 final mərhələsi
cavab oyunları
17 mart
21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya) - 1:2
Qollar: Markao, 28 - Pedri, 37. Pyer-Emerik Obameyanq, 50
İlk oyun - 0:0.
21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya) - 0:1
Qol: Jeremi Boqa, 90+1
İlk oyun - 2:3.
21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya) - 1:1
Qollar: Aksel Disasi, 90 - Abel Ruis, 20
İlk oyun - 0:2.
21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya) - 2:1
Qollar: Mirko İvaniç, 10. El-Fardu ben Nabuan, 90+3 (pen) - Rayan Kent, 56
İlk oyun - 0:3.