Qafanda baş konsulluq nə vaxt açılacaq? - Səfirdən açıqlama

Qafanda baş konsulluq nə vaxt açılacaq?

Qafanda baş konsulluq nə vaxt açılacaq? - Səfirdən açıqlama

İranın Ermənistanın Sünik bölgəsində baş konsulluğunun açılış vaxtı çox yaxında açıqlanacaq.

Polemika.az "Armenian News"a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri deyib.

O, izah edib ki, baş konsulluğun açılması üçün müəyyən inzibati proseslər tələb olunur.

"Bu proseslər gedir. Həm Ermənistan, həm də İran tərəfi prosesi başa çatdırmalıdır”, - deyə səfir vurğulayıb.

İran baş konsulluğu Qafanda açılmalıdır.

 

Qafanda baş konsulluq nə vaxt açılacaq? - Səfirdən açıqlama