Qadınlara qarşı nalayiq ifadələr işlədən şəxs həbs edildi - Video

Qadınlara qarşı nalayiq ifadələr işlədən şəxs həbs edildi - Video

Qadınlara qarşı nalayiq ifadələr işlədən şəxs həbs edildi - Video

İctimai yerdə qadınlara qarşı nalayiq ifadələr işlədən və onların görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Polemika.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Həmin şəxsin Bakı şəhər sakini 25 yaşlı Samir İbrahimov olması müəyyən edilib. O, tutduğu əməldən peşiman olduğunu və səhvə yol verdiyini etiraf edib. Bununla belə onun hərəkətlərində xırda xuliqanlıq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə barəsində toplanmış matereallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Qadınlara qarşı nalayiq ifadələr işlədən şəxs həbs edildi - Video