“Qəbələ” “Səbail”ə qalib gəlib ikinci pilləyə yüksəldi
“Qəbələ” “Səbail”ə qalib gəlib ikinci pilləyə yüksəldi
Bu gün Azərbaycan Premyer Liqasında "Zəfər turu"na yekun vurulacaq.
Polemika.az xəbər verir ki, turun 3-cü matçında "Səbail" "Qəbələ"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:0. Bu qələbə ilə xallarının sayını 18-ə yüksəldən "Qəbələ" "Zirə" və "Neftçi"ni qabaqlayaraq 2-ci pilləyə yüksəlib.
"Zəfər turu"nun son oyununda isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.
7 noyabr (bazar)
15:00. “Səbail” – “Qəbələ” 0:2
Qol: Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5
Qırmızı vərəqə: Yurqen Qoxa, 56 ("Səbail")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
“ASCO Arena”