Putinin Türkiyə səfərinin tarixi tezliklə açıqlanacaq

Putinin Türkiyə səfərinin tarixi tezliklə açıqlanacaq

Putinin Türkiyə səfərinin tarixi tezliklə açıqlanacaq

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi yaxın günlərdə bəlli ola bilər.

Polemika.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Prezidentimizin Rusiya və Ukrayna prezidentlərinin görüşü ilə bağlı təklifi kritik əhəmiyyət kəsb edir. Ukrayna buna müsbət baxır, əgər Rusiya müsbət cavab versə, o zaman görüş baş tutacaq. Cənab Putin səfər edəcək. Onun Türkiyəyə səfərinin tarix yaxın günlərdə bəlli olacaq”, - deyə Ərdoğanın sözçüsü bildirib.

Putinin Türkiyə səfərinin tarixi tezliklə açıqlanacaq