“Putin əsl mənada çaş-baş qalıb” – Amerika kəşfiyyatı

“Putin əsl mənada çaş-baş qalıb” – Amerika kəşfiyyatı

“Putin əsl mənada çaş-baş qalıb” – Amerika kəşfiyyatı

“Amerika xüsusi xidmət orqanları hesab edirlər ki, Putin hərbi əməliyyatın gedişindən narazıdır”. Bunu ABŞ-ın NBC kanalı öz mənbələrinə istinadla bildirib. Telekanal xüsusi xidmət orqanlarındakı mənbələrinin Putinin öz qəzəbini yaxın ətrafının üzərinə tökdüyünü qeyd edir.

Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) sabiq rəhbəri Con Brennan bununla bağlı deyib: “Putin qəzəbini ətrafındakıların üzərinə tökür. Çünki müharibənin gedişindən və onun hərəkətinin bütün dünya tərəfindən sərt şəkildə pislənməsindən çox narazıdır. O, artıq 2008-ci ildəki kimi aydın baxışları olan soyuqqanlı diktator deyil”.

Senatın kəşfiyyat komitəsinin rəhbəri Mark Uorner isə Putinin özünü həddindən artıq təcrid etdiyini xüsusi vurğulayıb: “Ukraynadakı müqavimətin miqyası Putini əsl mənada çaş-baş salıb. O, özünü təcrid edib və Kremldə çox az-az olur”.

Senator bildirib ki, Putin üçün bu hərbi əməliyyatdan aydın çıxış yolu yoxdur və bu da onu küncə sıxışdırıb. Məlumatda qeyd olunur ki, Qərbin xüsusi xidmət orqanları Putinin davranışlarındakı bütün dəyişiklikləri diqqətlə izləyirlər.

Onların fikrincə, Rusiya prezidenti özünü qeyri-adi aparsa da, onun davranışlarında psixi destabilizasiya müşahidə olunmur: “Putin getdikcə daha çox təcridə və dezinformasiyaya məruz qalır. Ən çox narahatlıq yaradan onun aldığı informasiyalar və təcrid olunma səviyyəsidir. Tədric olunma doğrudan da böyük problemdir. Biz inanmırıq ki, nə baş verdiyinə dair onun reallığı əks etdirən təsəvvürü var”.

Senatın kəşfiyyat komitəsinin digər üzvü Marko Rubio narahatlığını belə izah edib: “Əvvəlki Putin soyuqqanlı və tədbirli idi, indiki isə daha təhlükəlidir”.

CNA Analitik Mərkəzinin rəhbəri Maykl Kofman isə təəssüflə bildirib ki, Putin Ukraynada eskalasiyanın və zorakılığın daha da artırılmasına dair əmr verə bilər: “Bu isə müharibəni daha dəhşətli və eybəcər vəziyyətə gətirəcək”.

 

“Putin əsl mənada çaş-baş qalıb” – Amerika kəşfiyyatı