Putin və Makron Qarabağ barədə də danışıb

Putin və Makron Qarabağ barədə də danışıb

Putin və Makron Qarabağ barədə də danışıb

Rusiya və Fransa Dağlıq Qarabağdakı problemlərin həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinin vacibliyini bir daha təsdiqləyiblər.

Polemika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Dağlıq Qarabağ ətrafındakı vəziyyəti nəzərdən keçirərkən biz atəşkəs rejiminə riayət olunmasını təmin və dinc həyatın bərqərar olmasına kömək edən Rusiya sülhməramlılarının müsbət rolunu qeyd etdik. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin, o cümlədən regionda təcili humanitar və sosial-iqtisadi problemlərin həllində əhəmiyyətini bir daha təsdiqlədik.

Fransa prezidenti bu yaxınlarda Avropa İttifaqı Şurasının prezidenti cənab Mişel, Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə birgə keçirdiyi videokonfransın nəticələri barədə məlumat verib”, - deyə Putin qeyd edib.

Öz növbəsində, Fransa prezidenti vurğulayıb ki, danışıqlar zamanı bir sıra digər məsələlər, xüsusilə də Ermənistanla Azərbaycan arasındakı münaqişəyə toxunulub: “Burada mən öz sevincimi bildirmək istəyirəm ki, bu səhər 8 məhbus azad edilib. Fransa Böhran Mərkəzi onların daşınması üçün bir təyyarə verib. Keçən cümə günü Prezident Əliyev və Baş nazir Paşinyanla virtual konfrans keçirdik və bu konfransda itkin düşmüş şəxslər, qaçqınlar və bir sıra digər şəxslərin də sabitlik elementləri olan məsələləri qaldırılıb.

Prezident Putinlə danışıqlarımız zamanı bir sıra məsələlərlə bağlı ortaq fikirlər söylədik. Ermənistan və Azərbaycanda çətin dövrdə sizin hərbçilərin sərhəddə oynadığı rolu alqışlamaq istərdim. Həmçinin Minsk qrupunun mövcud razılaşmaları çərçivəsində həm Fransa, həm də Rusiya müvafiq rol oynayır”.

Putin və Makron Qarabağ barədə də danışıb