“Putin günahsız Ukraynaya nə qədər ölüm gətirsə də, artıq uduzub” - Riçard Kozlariç

“Putin günahsız Ukraynaya nə qədər ölüm gətirsə də, artıq uduzub” - Riçard Kozlariç

“Putin günahsız Ukraynaya nə qədər ölüm gətirsə də, artıq uduzub” - Riçard Kozlariç

““Bütün dünya Ukrayna üçün susur” fikri ilə razı deyiləm”.

Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç “Polemika.az”a  açıqlamasında deyib. O, Ukrayna ətrafında baş verən hadisələri belə şərtləndirib.

“Rəsmi olaraq Rusiya ilə dost olan digər dövlətlər susur. ABŞ və Avropanın reaksiyasına, baxın. Bu, təkcə ritorik dəstək deyil, eləcə də Putinin təcavüzündən gələn kütləvi qaçqın axınına, kleptokrat Putinə və onun ardıcıllarına qarşı dünyanın ən sərt iqtisadi sanksiyalarına cavab olaraq Ukraynaya göstərilən hərbi yardımlardır. NATO Putinin təcavüzünə qarşı həmişəkindən daha çox birləşib. Artıq adekvat tədbirlər görülüb”.

“Putin günahsız Ukraynaya nə qədər ölüm və dağıntılar gətirsə də, artıq uduzub. İqtisadi sanksiyalar Rusiyanın Putin mərkəzli iqtisadiyyatını çökdürdü və cəsur ukraynalılar onun əvəzsiz təcavüzünə müqavimət göstərdilər. Putinin hədəflərinin Ukrayna ilə heç bir əlaqəsi yox idi. Onların 20-ci əsrin ən böyük geosiyasi fəlakəti - Sovet İttifaqının dağılması kimi qiymətləndirdikləri hadisəni geri qaytarmaq üçün hər şeyi var”, - deyə o əlavə edib.

Rafi MÜSLÜMOV

“Putin günahsız Ukraynaya nə qədər ölüm gətirsə də, artıq uduzub” - Riçard Kozlariç