Prokurorluq intihar edən 18 yaşlı qızla bağlı araşdırmalara başladı

Prokurorluq intihar edən 18 yaşlı qızla bağlı araşdırmalara başladı

Prokurorluq intihar edən 18 yaşlı qızla bağlı araşdırmalara başladı

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb. 

Yasamal rayon prokurorluğundan Polemika.az-a verilən məlumata görə, noyabrın 27-si saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

Prokurorluq intihar edən 18 yaşlı qızla bağlı araşdırmalara başladı