Prokurorluq evində xəsarət almış kişinin xəstəxanada ölməsi barədə məlumat yaydı

Prokurorluq evində xəsarət almış kişinin xəstəxanada ölməsi barədə məlumat yaydı

Prokurorluq evində xəsarət almış kişinin xəstəxanada ölməsi barədə məlumat yaydı

Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Polemika.az xəbər verir ki, Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Prokurorluq evində xəsarət almış kişinin xəstəxanada ölməsi barədə məlumat yaydı