Polis əməliyyat keçirdi: Evdən narkotik və silah tapıldı - Foto

Polis əməliyyat keçirdi: Evdən narkotik və silah tapıldı

Polis əməliyyat keçirdi: Evdən narkotik və silah tapıldı - Foto

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı evində narkotik vasitə və odlu silah gizlədən şəxs saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polemika.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotik vasitə daşımaqda və gizlətməkdə şübhəli bilinən rayon sakini Elmir Yaqublu saxlanılıb. Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilərkən oradan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. 

Polis əməliyyat keçirdi: Evdən narkotik və silah tapıldı - Foto