"Patı" ilə tutulan Azərbaycan çempionuna ağır cəza verildi

"Patı" ilə tutulan Azərbaycan çempionuna ağır cəza verildi

"Patı" ilə tutulan Azərbaycan çempionuna ağır cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Polemika.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilmişdi.

İttihama görə, Kikboks üzrə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olub.

F.Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir.

"Patı" ilə tutulan Azərbaycan çempionuna ağır cəza verildi