"Paşinyan erməniləri eşşək yerinə qoyub" - Armen Aşotyan

"Paşinyan erməniləri eşşək yerinə qoyub"

"Paşinyan erməniləri eşşək yerinə qoyub" - Armen Aşotyan

“Sizə deyəndə ki, dəhliz olmayacaq, sizi aldadırlar. İstənilən halda dəhliz olacaq, problem başqa yerdədir: dəhlizə strateji müttəfiqimiz Rusiyanın qüvvələri, yoxsa Azərbaycan-Türkiyə qüvvələri nəzarət edəcək?”

Polemika.az xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə açıqlamasında bildirib. O əmindir ki, Zəngəzur (Sünik) dəhlizi olacaq, əsas məsələ isə o dəhlizə kimin nəzarət edəcəyidir:

“Vasitəçi olacaq və yaxud kim idarə edəcək? Bura “bazar”dır, qalanı yalandır, xalq aldadılır.

Aşotyan qeyd edib ki, dünən Ermənistan MTX bildirib ki, dəhliz məsələsini güc yolu ilə həll etməyə cəhd etsələr, Ermənistan Respublikasının Silahlı Qüvvələri müqavimət göstərəcək:

“Əsgərlərimizin, zabitlərimizin, döyüşən əsil oğlanlarımızın sayəsində, ancaq nəsə edə bilərik, hansı ki, o ordu bizi Nikol gələnə qədər 28 il saxlayıb, amma Nikol o ordunu darmadağın edənə qədər əl çəkməyəcək.

Bəs sənin rəhbərlik etdiyin silahlı qüvvələrimiz təcavüzü dəf etməyə bu qədər qadirdirsə, niyə Göyçə gölü və Zod-Xəzinəvar sərhədimizi saxlaya bilmədiniz? Bir neçə yüz azərbaycanlını bir neçə kilometr aralıya göndərə bilərdiniz”.

Müxalifətçi əlavə edib:

“Nə qədər aldandığınızı başa düşürsünüz, əziz insanlar? Yəni biz azərbaycanlıları qanuni ərazimizdən çıxara bilmərik, amma hücum etsələr, onlarla bacara biləcəyikmi?

Camaat, sizdən üzr istəyirəm, amma Paşinyan hökuməti sizi eşşəyin yerinə qoyublar. Hətta qoydular, bunu həzm etdiniz və yenə də, həyasızcasına qoymağa davam edirlər. Onlar sizin səbr kasanızın hara qədər doldurulacağını anlamaq istəyirlər ki, çıxıb onu və onun dəstəsini devirib, rədd edəsiniz”.

"Paşinyan erməniləri eşşək yerinə qoyub" - Armen Aşotyan