Paşinyan Arutyunyan qarşıdurması: “Ermənistan Qarabağ iddiasından əl çəkəcərsə...”

Paşinyan Arutyunyan qarşıdurması:

Paşinyan Arutyunyan qarşıdurması: “Ermənistan Qarabağ iddiasından əl çəkəcərsə...”

"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin formalaşmasında Qarabağ məsələsini gündəlikdən çıxarmaqla birbaşa ölkəmizin ərazi bütövlüyünü tanıya bilər. Bu da Türkiyə Ermənistan əlaqələrinin qurulmasında əsas şərtlərdən biridir".

Polemika.az xəbər verir ki, bunu Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq qeyd edib ki, N.Paşinyanın ötən gün verdiyi açıqlamasında Qarabağ məsələsinin yekun həllini məhz Azərbaycanın konustitusiya əsasında həllini vurğulaması Yerevan üçün bu məsələnin prioritet olmayacağını göstərir:

"Çünki, rəsmi Yerevan bu məsələni qabartması, Azərbaycanla və Türkiyə ilə əlaqələrin qurulmasına mane ola biləcəyinin fərqindədir. Artıq Qarabağda erməni separatçılarının rəhbəri A. Arutunyan bəyanat verərək N.Paşinyanın Qarabağ ermənilərinin adından danışmağa haqqı olmadığını vurğulaması prosesin böhrana yuvarlandığını göstərir. Qarabağ separatçısı A. Arutunyan demək olar ki, Moskvanın təlimatı ilə danışır. Əgər, Ermənistan Qarabağ iddiasından əl çəkəcəksə, Azərbaycan bu məsələni Rusiya ilə uzlaşdıracaq. Prezident İlham Əliyev Qarabağda ermənilərin əli ilə ikinci Abxaziya presedenti yaranmasına imkan verməyəcək.

"Ermənistan rəhbərliyi hazırkı kursunu praqmatik olaraq yerinə yetirərsə, Azərbaycanla kommunikasiyaların açılması reallaşacaq. N.Paşinyan Rusiyanın da mövqeyini zəiflədir. Moskva Ermənistanda da daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq. Gedən geosiyasi reallıqlar Azərbaycanın maraqlarına cavab verir", - deyə M.Əsədullazadə qeyd edib.

Paşinyan Arutyunyan qarşıdurması: “Ermənistan Qarabağ iddiasından əl çəkəcərsə...”