"Pandemiyadan sonra dünya ciddi problemlərlə üzləşəcək" - ÜST

"Pandemiyadan sonra dünya ciddi problemlərlə üzləşəcək"

"Pandemiyadan sonra dünya ciddi problemlərlə üzləşəcək" - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus COVID-19 pandemiyasının sona çatmasından sonra dünyanın üzləşəcəyi ciddi qlobal nəticələri sadalayıb.

Polemika.az xəbər verir ki, ÜST-in baş direktoru bildirib ki, hər şey bitdikdən sonra dünya pandemiyanın başlamasından əvvəl daha əhəmiyyətli olan ciddi problemlərlə və çətinliklərlə üzləşəcək:

"Bunlar yoxsulluq, aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər və iqlim dəyişikliyidir. Koronavirus pandemiyası göstərdi ki, sağlamlıq risk altında olanda hər kəs risk altındadır."

ÜST rəhbəri, həmçinin sağlamlığın dəyərinin qavranılmasında “fundamental dəyişikliyə” çağırıb.

"Pandemiyadan sonra dünya ciddi problemlərlə üzləşəcək" - ÜST