Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcək?

Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcək?

Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcək?

"Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur".

Polemika.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

İdris İsayev xatırladıb ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli oxuyan tələbələr kredit almaq hüququna malikdir:

"Qiyabi təhsil alanlar isə kredit ala bilməzlər".

Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcək?