“Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi...”  

“Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi...”  

“Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi...”  

“Ukraynada ölüm-dirim müharibəsi davam edir. Mətin Ukrayna xalqının qarşısında Rusiya ayısının əlindən bir şey gəlmir”.

“Polemika.az” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, artıq Ukraynaya ABŞ, BB, Almaniya, Fransa, Polşa, Baltik ölkələri silahlar verir:

“Onsuz da zəif olan rus ordusunun məğlubiyyətinə bir şey qalmayıb. Bu ölkədə keçmiş prezidentdən tutmuş təzə seçilmiş qadınlara qədər hər bir şəxs silaha sarılıb və həqiqətən vətənləri uğrunda ölməyə hazırdır.

Putin sifəti, hərəkətləri ilə (onun son hərəkətlərinə diqqət yetirsəniz) 1945-ci il yanvarındakı Hitlərə oxşayır. Belə getsə, yavaş-yavaş əl ayağı, başı əsməyə başlayacaq.

Stalini Sovetin qəhrəmanı hesab edən Putin o vaxt Stalinin əmri ilə çəkilmiş dokumental kinolara baxıb, Bolqarıstan, Polşa, Çexiya hətta Almaniyada camaatın Sovet ordusunu gül-çiçəklə qarşıladığını görüb, bunun həqiqətən belə olduğuna inanıb və elə birinci gündən ukraynalıların xilaskarımız gəldi deyib onu ağlaya-ağlaya gül-çiçəklə qarşılayacaqlarına inanırdı. Onun əvəzinə 10 yaşlı uşaqlar da “biz vətənimizi Putin Mutin deyilən şəxsə vermərik, axıracan vuruşacağıq” dedilər.

Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi başına bir güllə vuracaq. 

Ətrafındakı Göbbelslər (Lavrov, Volodin, Medvedyeva, Medvedyev, Şoygu və başqaları) tribunalda cavab verəcəklər. Ukraynaya qarşı törədilmiş cinayətlərin cavabı verilməlidir. 

2014-cü ildən bu günə qədər Ukraynada 15 mindən çox adam həlak olub, Krımı yerli xalq tərk etməyə məcbur edilib bunun cavabı verilməlidir. Mən məmuniyyətlə o günün gəlməsini gözləyərdim”.

 

“Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi...”