“Onu Şuşaya aparanda da dedim ki...” - Jurnalistdən Dilqəm Əsgərovun açıqlamasına CAVAB

“Onu Şuşaya aparanda da dedim ki...” - Jurnalistdən Dilqəm Əsgərovun açıqlamasına

“Onu Şuşaya aparanda da dedim ki...” - Jurnalistdən Dilqəm Əsgərovun açıqlamasına CAVAB

“Mən Dilqəmə pis bir şey etmədim ki, onu apardım doğma Şuşanı, öz yatdığı həbsxananı gördü. Hətta yatdığı kameranı açdırdıq və ordan öz qab-qacağını da götürdü”.

Polemika.az xəbər verir ki, bunu telejurnalist Mübariz Əsgərov deyib. M.Əsgərov Dilqəm və Şahbaz haqqında ayrıca film çəkəcəyini bildirib:

“Dilqəm haqqında çəkilən süjeti ayrıca film kimi vermək niyyətimiz var, çünki bu “Şuşa” filminin dramaturgiyasına uyğun gəlmədi. Bizim əsir və girovlarımızla bağlı bir layihəmiz var və bunu çəkməyi planlaşdırırıq. Dilqəmə də, Şahbaza da belə bir layihəmizin olduğunu demişəm. Dilqəmi Şuşaya aparanda da dedim ki, bu, filmin dramaturgiyasına uyğun gəlsə, verəcəyik, alınmasa, onu ayrıca layihə kimi təqdim edəcəyik. Təkcə Dilqəm və Şahbaz yox, o qədər əsirlikdə olan insanlarımız var ki, onların da haqqında film çəkməyi planlaşdırırıq. Bunun üçün də Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası kimi məsləhət görsə, onları çəkib işqlandıracağıq. Dilqəm azad Şuşanı, Laçını gəzdi.  Dilqəm yenə də heç nə itirmədi, burda pis nə var ki?”

Qeyd edək ki, dünən saytımıza açıqlama verən Dilqəm Əsgərov bildirmişdi ki, onu Şuşa haqqında çəkilən filmə görə Mübariz Əsgərov Şuşaya aparıb. Amma filmin təqdimatına bir gün qalmış ona deyilib ki, haqqında çəkilən süjet filmdə yer almayacaq./Moderator.az

“Onu Şuşaya aparanda da dedim ki...” - Jurnalistdən Dilqəm Əsgərovun açıqlamasına CAVAB