"Onların deməyə sözü yoxdur" - Mehman Əliyev

"Onların deməyə sözü yoxdur"

"Onların deməyə sözü yoxdur" - Mehman Əliyev

Azərbaycanda ictiami fikirə təsir edə bilən, gündəmdəki məsələlərə münasibət bildirməyi bacaran adamların sayı iki əlin barmaqlarını keçmir. Milli Məclisin 125 üzvü olsa da, cəmi 8-10 nəfər hadisələrə münasibət bildirir. Siyasi partiyalarda, ictimai təşkilatlarda təmsil olunan şəxslərin də aktiv olduqlarını söyləmək mümkün deyil. Sənət adamları istisna olmaqla, digərləri sanki danışmağa xəsislik edirlər. Buna səbəb nədir? 

Deputatlar, ictiami-siyasi xadimlər gündəmdə olan məsələlərlə niyə həvəssiz münasibət bildirirlər? Buna onların potensiyalı çatmır, yoxsa cəsarəti?

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, buna səbəb parlamentə təsadüfi adamların düşməsidir:

“Bizdə parlament icra hakimiyyətinin qərarı əsasında formalaşır. Bu məsələ onu göstərir ki, burda təmsil olunan şəxslərin böyük hissəsi publik şəxslər deyil. Onlar siyasi mübarizə nəticəsində parlamentə gəlməyib. Adətən parlamentə gələn publik şəxslər hamısı siyasi mübarizə, yol keçən şəxslər olublar. Gündəmdə baş verən hadisələrə formal reaksiya verməyən şəxslər sadəcə həmin kateqoriyadan deyil. Əlbəttə ki, belə möqeydə çıxış edə bilirlər. Başqa cür də ola bilməz, çünki onlar başqa şey bacarmırlar.

Doğrudur, media ilə mütəmadi əlaqədə olan deputalar, ictiami xadimlər var. Lakin bu halı da nəzərə almaq lazımdır ki, açıqlama vermək istəyən deputat sözü olduğu zaman danışa bilir. Yəni bu tam olaraq danışlacaq mövzudan və danışan şəxsdən asılıdır”.

Ayzel 

"Onların deməyə sözü yoxdur" - Mehman Əliyev