“Onlar reallığı təhqir kimi qəbul edir, əslində, Lukaşenko demək istəyir ki...”

“Onlar reallığı təhqir kimi qəbul edir, əslində, Lukaşenko demək istəyir ki...”

“Onlar reallığı təhqir kimi qəbul edir, əslində, Lukaşenko demək istəyir ki...”

Ötən gün Belarus prezidenti Aleksandr Lukaşenkonun Vladimir Solovyova verdiyi müsahibə Ermənistan cəmiyyətində geniş rezonans doğurub. Belə ki, “Avropanın son diktatoru” ləqəbi ilə tanınan Belarus prezidenti Ermənistanın indiki reallıqlarla barışmalı olduğunu və Ermənistanın getməyə yeri olmadığını qeyd edib.

Nə hikmətdirsə, bu açıqlamadan sonra erməni mətbuatı hay-həşir salmaqda davam edir. Mövcud reallıqları qəbul etməyən erməni cəmiyyəti indi də məğlubiyyətin oxunu Lukaşenkonun üzərinə tuşlayaraq təhqir olunduqlarını ifadə edirlər.

Polemika.az-a danışan Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirib ki, bu problem Ermənistan siyasi elitasına məxsusdur:

“Yəni onlar özləri tərəfindən yaratdığı illüziyalar içində yaşayırlar. Ancaq onların təbliğatı, ictimaiyyəti də bu istiqamətdə səhv şəkildə yönləndirir.

Əsas problem Ermənistanın xarici siyasətinə məxsus olan və ziddiyət təşkil edən 2 istiqamətdən ibarətdir. Onlar siyasi və iqtisadi baxımdan istəyirlər ki, Qərbə yaxın olsunlar, çünki başa düşürlər ki, onların indiki vəziyyətində Qərbdən başqa bunlara hansısa maliyyə yardımı verən olmayacaq. Çünki 30 ilin ərzində bunu Rusiyadan ala bilməyiblər. İndiki siyasi-iqtisadi və demoqrafik böhran məhz bununla bağlıdır. Lakin buna ziddiyyət təşkil edən digər bir məqam da var ki, onlar məcburdurlar ki, Rusiyanın təhlükəsizlik mövzusunda dəstəyini alsınlar. Bu bir-birinə zidd olan istiqamətlərdir və istər-istəməz Ermənistanın siyasətində ciddi problemlər yaradır”.

“Əslinə qalsa, Aleksandr Lukaşenkonun dediyi ondan ibarətdir ki, ermənilərin heç bir ayrı yolu yoxdur ki, bundan qabaq olduğu kimi, Rusiyanın tərəfini saxlasınlar və oradan siyasi və hərbi yardım alsınlar. Bu da ermənilərin xoşuna gəlmir. Çünki onlar başa düşürlər ki, əgər Rusiyanın təsir dairəsində qalsalar, 30 ilin ərzində olduğu kimi, inkişafa heç bir ümid olmayacaq.

Bu qəribə bir vəziyyətdir və bu da ermənilərin psixologiyası ilə bağlıdır. Onlar bəzən reallığı təhqir kimi qəbul edirlər. Bu da onların milli xüsusiyətidir. Çünki onlar, əslində, bir millət kimi diaspora şəklində formalaşıblar və onlarda dövlətçilik ənənələri təxminən 17 əsr olmayıb. Bu baxımdan, onlar həmişə öz dövlətçiliyi və öz tarixləri barəsində cəfəngiyyat və yalan fikirləri yayırdılar. İndi isə reallıqla qarşılaşanda onlar bu kimi şeyləri təhqir kimi hesab edirlər”.

Rafi MÜSLÜMOV

 

“Onlar reallığı təhqir kimi qəbul edir, əslində, Lukaşenko demək istəyir ki...”