“Omikron”un tezliklə ölkəmizdə də yayılacağı gözlənilir” – İnfeksionist

“Omikron”un tezliklə ölkəmizdə də yayılacağı gözlənilir” – İnfeksionist

“Omikron”un tezliklə ölkəmizdə də yayılacağı gözlənilir” – İnfeksionist

Artıq dünyanın 57 ölkədə “OmiKron” ştammı təsdiqlənib. 

Polemika.az-a açıqlama verən həkim-infeksionist Nicat Əzimli bildirib ki, Azərbaycanda hazırda “Omikron”dan əvvəlki variantların mövcudluğu təsdiqlənib:

“Dominant olan “Delta” variantıdır. “Omikron” hələ ki Azərbaycanda aşkarlanmayıb. Lakin tezliklə ölkəmizdə də yayılacağı gözlənilir. Çünki “Omikron” çox sürətlə yayılan ştamdır. 

COVID-19-un bu növü ilə bağlı son məlumatlar o qədər də narahatedici deyil. Lakin xəstəliyin gedişatında ağırlaşma halları baş verə bilər”. 

Nicat Əzimlinin sözlərinə görə, Digər ilkin məlumatlarda isə xəstəliyin klinik gedişatının “Delta” qədər ağır olmadığı deyilir. “Bu hələ tam təsdiqlənməmiş ilkin məlumatlardır. “Pfizer-Biontech” üzərində aparılan tədqiqata əsasən isə, bu peyvənd “Omikron”a qarşı da effektlidir”. 

Mütəxəssis qeyd edib ki, Azərbaycanın sərhəd-keçid məntəqələrində yeni variantın genetik molekulyar zəncirini aşkarlayan PZR testləri keçirilir və bu testlər ştammı müəyyən etməyə imkan verir.

Qeyd edək ki, "Omikron" ştammına yoluxan insanlarda halsızlıq, nəbz artması və yüksək temperatur müşahidə olunur.

Ayzel

 

“Omikron”un tezliklə ölkəmizdə də yayılacağı gözlənilir” – İnfeksionist