“Ölən insanın cavab haqqı olmadığına görə...” – Elşad Miri

“Ölən insanın cavab haqqı olmadığına görə...” – Elşad Miri

“Ölən insanın cavab haqqı olmadığına görə...” – Elşad Miri

Belə bir deyim var ki, insan vəfat edəndən sonra onun arxasınca danışmazlar. Bu fikri əksəriyyət qəbul etsə də, ona razılaşmayan, etiraz edənlər var. Çünki bəzən vəfat etmiş şəxs özü haqqında xoş xatirələr qoymur.

İlahiyyatçı Elşad Miri Polemika.az-a açıqlamasında deyib ki, cinayət danışılmayacaq bir məsələ deyil:

“Bu gün bir insan cinayət törədibsə, həmin cinayətlə bağlı məsələ müzakirə edilməli, hüquq sistemində gündəmə gətirilməlidir. Çünki bu proses danışılmayacaq bir məsələ deyil.

Sadəcə olaraq Peyğəmbərə istinad edilən belə bir söz var ki, ölülər xeyirlə yad edilməlidir. Belə bir şeyi nəzərə alaq ki, əgər Allah özü Qurani-Kərimdə vaxtı ilə ölüb getmiş firondan, İbrahim peyğəmbərin bütpərəst atasından bəhs edirsə, indi niyə bəhs edilməməlidir?”

E.Miri qeyd edib ki, bu məsələləri gündəmə gətirməklə insanlara ibrət göstərə bilərik:

“Həmin məsələlər gündəmə gətirilsə, insanlar ondan nümunə, ibrət götürə bilər. Məsələ odur ki, televiziyada çıxış edən hər hansı bir insan orada olmayan şəxsin adını çəkirsə, avtomatik olaraq həmin adamın cavab haqqı doğurur.

Ölən insanın cavab haqqı olmadığına görə cavab verə bilmir. Bu səbəbdən birtərəfli olmuş olur. Ona görə də bu kimi məsələləri nəzərə almaq lazımdır. Çünki yanlış bildiyimiz bir məsələ ola bilər. Bununla da bağlı biz də yanlış fikir irəli sürə bilərik”.

Nəzrin Vahid

“Ölən insanın cavab haqqı olmadığına görə...” – Elşad Miri