“O müəllimə şagird niyə hörmət etməlidir?” - Yazıçı

“O müəllimə şagird niyə hörmət etməlidir?” - Yazıçı

“O müəllimə şagird niyə hörmət etməlidir?” - Yazıçı

Son günlər məktəblərdə baş verən hadisələr gündəmdən düşmür. Hər kəs bu problemin əsas səbəbini axtarır, kimisə günahlandırmağa çalışır. Maraqlıdır, problemin kökündə dayanan əsas səbəb nədir, necə aradan qaldırmaq olar?

Tanınmış yazıçı Şərif Ağayar Polemika.az-a açıqlamasında Azərbaycan təhsilinin rəhmətə getdiyini bildirib:

“Azərbaycan təhsili rəhmət gedib, meyiti də ortada qalıb. Onu nəinki bir nazirlik, hətta bir neçə nazirlik də dirildə bilməz. Təhsil sistemini küll halında dəyişdirmək və yeni dövrün standartlarına uyğun qurmaq lazımdır. Müəllimin maaşından tutmuş onun cəmiyyətdəki çəkisinə, nüfuzuna qədər hər şey yenidən tənzimlənməlidir. Əgər müəllim İcra Hakimiyyətinin vecsiz məmurlarının əmrini yerinə yetirəcəksə, hansı təhsildən danışırıq?

O müəllimə şagird niyə hörmət etməlidir? Biz çox vaxt təfərrüatla vuruşuruq. Bir müəllimə töhmət vermək, iki şagirdi cəzalandırmaq çıxış yolu deyil. Azərbaycan təhsilini məqsədli şəkildə məhv edirlər və bu proses 30 ildir davam edir. Sağlam qüvvələr  nə qədər varsa, dövlət qarşısında ciddi məsələ qaldırmalıdır: Təhsilimizi rüsvayçılıqdan xilas edin!”

Mehri QURBAN

“O müəllimə şagird niyə hörmət etməlidir?” - Yazıçı