Nərimanovda pirotexnika müsadirə olundu

Nərimanovda pirotexnika müsadirə olundu

Nərimanovda pirotexnika müsadirə olundu

Nərimanov rayonunda pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Mehman Abbasov və İlqar Qədirov olub.

Həmin şəxslərin fəaliyyət göstərdikləri mağazalara baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 442.ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Nərimanovda pirotexnika müsadirə olundu