Nazirlər Kabineti bu qaydanı dəyişdi

Nazirlər Kabineti bu qaydanı dəyişdi

Nazirlər Kabineti bu qaydanı dəyişdi

Azərbaycanda qiymətli metal yataqlarının birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi qadağan olunur.

Polemika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürlərinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi halları istisnalar sırasına daxil edilib.

Nazirlər Kabineti bu qaydanı dəyişdi