Nazirdən yeni rəis TƏYİNATI

Nazirdən yeni rəis TƏYİNATI

Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.

Bu barədə Polemika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmrinə əsasən, idarənin rəisi Elbəy Əli işdən çıxarılıb. Nazirin digər əmri ilə Nurəddin Mehdiyev Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, “Virtual Qarabağ” İKT Mərkəzinin rəhbəri olan N.Mehdiyev Birinci Qarabağ Müharibəsi nəticəsində işğal olunan Azərbaycan torpaqlarının tarixindən bəhs edən çoxsaylı filmlərin müəllifidir.

Nazirdən yeni rəis TƏYİNATI