Nazir müavini Moskvadan İrəvana gələn xüsusi qrupdan danışdı

Nazir müavini Moskvadan İrəvana gələn xüsusi qrupdan danışdı

Nazir müavini Moskvadan İrəvana gələn xüsusi qrupdan danışdı

Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan delimitasiya və demarkasiya üçün Moskvadan xüsusi qrupun İrəvana gəlməsi ilə bağlı məlumatı təkzib edir.

Polemika.az “Aysor"a istinadla xəbər verir ki, müdafiə nazirinin müavini parlamentdə jurnalistlərə müsahibəsində bildirib:

"Müxtəlif qruplar müntəzəm olaraq Moskvadan öz problemlərini müzakirə etmək üçün gələ bilərlər. Unutmayın ki, burada Rusiyanın hərbi bazası var. Lakin delimitasiya və demarkasiya üçün Moskvadan heç bir qrup gəlməyib”.

Sərhəddə vəziyyətin niyə vaxtaşırı gərginləşdiyini soruşduqda Arman Sarkisyan belə cavab verib: “Bir çox dəqiqləşdirilməmiş suallar var və onlar daim bu vəziyyətdən istifadə etməyə çalışacaqlar, çünki panika sərhədimizin təhlükəsizliyinin təmin olunmasına kömək etmir”.

Arman Sarkisyan bildirib ki, sərhədlər və sərhəddəki vəziyyətlə bağlı suallara daim cavab verməkdən yayınır:

"Başa düşmək lazımdır ki, bunlar incə suallardır və rəsmi məlumatlarla kifayətlənilməlidir".

Nazir müavini Moskvadan İrəvana gələn xüsusi qrupdan danışdı