NATO baş katibi Ərdoğana təşəkkür etdi

NATO baş katibi Ərdoğana təşəkkür etdi

NATO baş katibi Ərdoğana təşəkkür etdi

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna böhranında göstərdiyi dəstəyə və şəxsi səylərinə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Polemika.az xəbər verir ki, Türkiyənin Rusiya ilə Ukrayna arasında aylardır davam edən və dünyanın müharibə qorxusuna səbəb olan böhrana müdaxilə etməsi dünya diplomatiyasında təqdir edilməkdə davam edir.

NATO-nun baş katibi bir neçə gün öncə diplomatik vasitəçilik danışıqları aparmaq üçün Ukraynaya gedən və bir sıra görüşlər keçirən Ərdoğana minnətdarlığını bildirib.

Yens Stoltenberq rəsmi Tvitter hesabında Türkiyə prezidenti ilə danışdığını və ona təşəkkür etdiyini qeyd edib:

“Rusiya və Ukrayna probleminin siyasi həllinin tapılmasında göstərdiyi fəal dəstəyə və şəxsi iştirakına görə prezident Ərdoğana təşəkkür etmək istərdim. Onun Ukraynaya güclü praktiki dəstəyini alqışlayıram. NATO dialoqa hazır olmağa davam edir”.

Nəzrin Vahid 

NATO baş katibi Ərdoğana təşəkkür etdi