Narkotik vəziyyətdə sükan arxasında - Daha bir sürücü saxlanıldı

Narkotik vəziyyətdə sükan arxasında - Daha bir sürücü saxlanıldı

Narkotik vəziyyətdə sükan arxasında - Daha bir sürücü saxlanıldı

Daşkəsəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətə istinadla xəbər verir ki, Yol Polisi Bölməsinin əməkdaşları rayonr ərazisində “VAZ” sürücüsünün qaydanı pozduğunu müəyyən edib.

Maşını idarə edən Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən E. Məmmədovun psixotrob vasitədən istifadə etdiyi məlum olub.

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. 

 

Narkotik vəziyyətdə sükan arxasında - Daha bir sürücü saxlanıldı