Mətbuat katibi: "Putin- Ərdoğan görüşünün dəqiq tarixi yoxdur"

Mətbuat katibi: "Putin- Ərdoğan görüşünün dəqiq tarixi yoxdur"

Mətbuat katibi: "Putin- Ərdoğan görüşünün dəqiq tarixi yoxdur"

"Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan fevralın sonu da daxil olmaqla görüş, tarixlərinin müxtəlif variantlarını müzakirə ediblər".

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"İki lider, həqiqətən, mümkün variantlardan danışdılar - fevralın sonunda, başqa tarixlər. Hər iki tərəf bunun epidemioloji vəziyyət və prezidentlərin qrafikləri imkan verən kimi baş verməsində maraqlıdır. Hələlik dəqiq tarixlər yoxdur. Ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək”, - deyə Peskov qeyd edib.

Daha əvvəl Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putin Türkiyə tərəfinə Çinə səfərindən sonra Türkiyəyə səfər edəcək.

Mətbuat katibi: "Putin- Ərdoğan görüşünün dəqiq tarixi yoxdur"