“Məktəblərdə yığılan bu böyük pullar hara gedir” - Deputat 

“Məktəblərdə yığılan bu böyük pullar hara gedir” -

“Məktəblərdə yığılan bu böyük pullar hara gedir” - Deputat 

“Elə orta məktəb tapılmaz ki, onun tanınmış, imkanlı məzunu olmasın. Həmin şəxslərin məktəbə maddi dəstəyi bir o qədər ajiotaj yaratmaz. Bu hərəkət dünyada geniş yayılıb”.

“Polemika.az” xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib. Onun sözlərinə görə, bizdə sadəcə, elə əvvəldən “yığmaq” məsələsi dəbdə olub. 

“İmkanlı şəxslər məktəbə kompüter, ağıllı lövhə bağışlaya, məktəb kitabxanasını kitablarla zənginləşdirə bilər. Hətta, məktəbə əlavə korpus da inşa edə bilərlər. 

Məktəblər ianə toplamaqla bu işin öhdəsindən gələ bilməzlər. Çoxsayı məktəblər var ki, direktorları sinif otaqlarını və idman zallarını icarəyə verib. 

Yuxarı sinif şagirdləri böyük məbləğlər müqabilində dərsdən asad edilirlər. Bəs bu böyük pullar hara gedir? Bütün ölkə bilir ki, əksər məktəblərin yuxarı sinif şagirdləri dərsə gəlmirlər. Artıq ibtidai təhsil pilləsində repetitorluq tüğyan edir. Hər bir valideyn ayda 300-400 manat bu xidmətə pul xərcləyir. 

Məktəb təhsili keyfiyyətli olsadı, valideyn bu böyük vəsaiti övladının geyiminə, yeməyinə və başqa ehtiyaclarına xərcləyər. Bir tərəfdən də hansısa qurum məktəbdən pul toplayır. Direktorlar da əmr edilər ki, təcli pulu çatdırın, "Şakaya" pul lazımdır.  Bu qədər sadə, Azərbaycanda Orta təhsil pulludur”.

“Məktəblərdə yığılan bu böyük pullar hara gedir” - Deputat