Məktəblər yenidən bağlanır? - Açıqlama

Məktəblər yenidən bağlanır?

Məktəblər yenidən bağlanır? - Açıqlama

Yoluxma sayı ilə bərabər, distant təhsilə keçən məktəb və siniflərin sayı artır. Hətta bəzi valideynlər məktəblərdə yoluxanların daha çox olduğunu, tədirs müəssisələrinin bunu gizlətdiyini iddia edirlər.

Polemika.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bu iddianı dəstəkləyib:

“Yoluxma sayının 6 mindən çox olması məktəblərdə də yoluxmanın yüksək olduğunu göstərir. Lakin hazırda cəmi 6 məktəb, 220 sinif distant təhsilə keçib. Bu, reallığı əks etdirmir. Təhsil müəssisələri öz ətrafında 2 milyon insanı birləşdirir. Bu qədər insanın təbii ki, aktiv hərəkəti birmənalı şəkildə yoluxma sayına öz təsirini göstərir. Azərbaycanda elə bir sahə yoxdur ki, orada 2 milyon insan olsun. Bu ciddi bir məsələdir”.

Ekspertin sözlərinə görə, distant təhsil keyfiyyətli və tam əhatəli deyil:

“Düzdür, insanların sağlamlığı daha önəmlidir. Lakin bundan əvvəlki qapanmalarda effekt görə bilmədik. Çünki hamının kompüter, planşet, internet imkanları yoxdur. Bütün fənləri keyfiyyətli, onlayn keçmək olmurdu.

Distant təhsilə keçməməliyik və yəqin ki, keçmiyəcəyik də. Əgər bir daha distant təhsilə keçsək, ümumiyyətlə, məktəbləri bağlamalıyıq ki, dərs keçilməsin. Onlayn başaldatmadır. Əgər bir uşaq təhsil prosesindən kənarda qalırsa, deməli, onlayn təhsil işə yaramır.

İnsanlar restorana, əyləncə mərkəzlərinə gedəndə heç kəs onların temperaturunu ölçmür. Amma hər gün 1,6 milyon şagirdin, 150 min müəllimin temperaturu yoxlanılır. Kimdə xəstəlik əlamət varsa, təhsildən uzaqlaşdırılır. Amma ümumi statistikaya da əlavə edilmir.

K.Əsədov qeyd edib ki, məktəblərin qapadaılması tərəfdarı deyil:

“Məktəblərdə 150 min müəllimin 80 faizi 3 dozanı vurdurub. Əgər yoluxmanın artması ilə bağlı narahatıqsa, hər yeri bağlasınlar, məktəblər qalsın. Şagirdlər karantindən sonra məktəbə qeyri-ciddi yanaşırlar. Buna görə də, məktəbləri bağlamaq olmaz”.

Nəzrin Vahid

Məktəblər yenidən bağlanır? - Açıqlama