Müğənni Şəbnəm Tovuzda ev tikdirir

Müğənni Şəbnəm  Tovuzda ev tikdirir

Müğənni Şəbnəm Tovuzda ev tikdirir

Müğənni Şəbnəm Tovuzlu ona yardım üçün müraciət edən fanatlarından birinə ev tikdirir.

Polemika.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib:

"Hər məktub yazana yardım etmirəm. Amma bu insanın həqiqətən də ehtiyacı olduğunu gördüm. Evini görəndə çox pis oldum. Qarşıdan soyuq qış gəlir, orada yaşaya bilməzlər. Ramil İsayev ailəsi ilə birlikdə Tovuzun Dondar Quşçu kəndindəndir. Ürəyim razı olmazdı ki, körpə uşaqlar həmin evdə yaşasın. İkiotaqlı ev tikdirəcəyəm, mətbəx də ayrı. Hətta evin əşyalarını da alacam. Bir aya evi onlara təhvil verəcəyəm".

Xatırladaq ki, kənd sakini Ramil İsayev moderator.az-a müraciət edərək Şəbnəm Tovuzludan kömək istəyib.

Müğənni Şəbnəm Tovuzda ev tikdirir