Müdafiə Nazirliyi məlumat yaydı: Kəlbəcər istiqamətində mühəndis texnikalarımız atə

Müdafiə Nazirliyi məlumat yaydı:

Müdafiə Nazirliyi məlumat yaydı: Kəlbəcər istiqamətində mühəndis texnikalarımız atə

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Polemika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi məlumat yaydı: Kəlbəcər istiqamətində mühəndis texnikalarımız atə