Moskvanın Ukraynaya şərtləri: "Müharibə Rusiya üçün ölüm-dirim məsələsidir"

Moskvanın Ukraynaya şərtləri: "Müharibə Rusiya üçün ölüm-dirim məsələsidir"

Moskvanın Ukraynaya şərtləri: "Müharibə Rusiya üçün ölüm-dirim məsələsidir"

"Rusiyanın şərtləri demək olar ki, kapitulyasiya tələbləridir".

Bunu Polemika.az-a açıqlamasında Milli Məclis üzvü  Asim Mollazadə bildirib.

O, Ukraynada müharibəni dayandırmaq üçün Kremlin irəli sürdüyü tələbləri şərh edib. 

Xatırladaq ki, Moskvanın irəli sürdüyü tələblər bunlardır: NATO-ya üzvlükdən imtina, Ukraynanın neytral statusu, rus dilinin Ukraynada ikinci dövlət dili olması, Krımın Rusiya ərazisi kimi tanınması, qondarma DXR və LXR-in inzibati sərhədləri daxilində müstəqilliklərinin tanınması.

A. Mollazadə bildirib:

“Bu şərtlər Ukrayna dövləti tərəfindən qəbul edilməz olduğuna görə danışıqlarda hansısa müsbət dəyişiklik yoxdur. Şərtlər demək olar ki, kapitulyasiya tələbidir.

Ukrayna öz müstəqilliyini və dövlətçiliyini qoruyur. Təbii ki, bu şərtlər qəbul olunmayacaq. Hazırda Rusiya-Ukrayna məsələsi ilə bağlı əsas vasitəçilik səylərini Türkiyə göstərir. Xarici işlər nazirlərinin görüşü təşkil edildi. Ümidvaram ki, yaxın müddətdə Türkiyənin bu səyi prosesin inkşafına yönələcək.

Azərbaycan da maraqlıdır ki, bütün mübahisələr masa arxasında həll olunsun. Hər kəs çalışmalıdır ki, müharibə tezliklə bitsin”.

Azərbaycan Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə isə Rusiyanın istəyinə nail olacağını düşünür:

“Vay məğlubun halına! Ukrayna məğlubdur, ona görə də, Rusiya öz şərtlərini ortaya qoyur və buna da nail olacaq. Rusiya bütün dünyaya başa salır ki, onlarla hesablaşmaq lazımdır. Bu müharibə Rusiya üçün ölüm-dirim məsələsidir.

Rusiya hələ dekabr ayında dedi ki, Gürcüstan, Ukrayna və digər postsovet respublikaları NATO-ya qəbul olunmayacaq. Rusiyaya dedilər ki, sözünə qulaq asmayacağıq. Moskva da məcbur olub hərbi əməliyyat keçirdi. Əvvəldən xəbərdarlığını etmişdi ki, hərbi yola əl atacam. Heç kəs inanmadı, cavablarını da aldılar”.

Mehri QURBAN

Moskvanın Ukraynaya şərtləri: "Müharibə Rusiya üçün ölüm-dirim məsələsidir"