“Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir” - Xələf Xələfov

“Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir” - Xələf Xələfov

“Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir” - Xələf Xələfov

"Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir".

Polemika.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Bu, böyük prosesdir. Humanitar fəlakət yaşanır. Təkcə azərbaycanlılar deyil, orada yaşayan digər millətlər də təxliyə edilir. Onlar, əsasən Avropaya üz tuturlar", - nazir müavini bildirib.

X.Xələfovun sözlərinə görə, bütün mövcud imkanlardan istifadə edərək azərbaycanlıların Vətənə gətirilməsi təmin olunur:

"Xarici İşlər Nazirliyinin əlaqədar qurumları səfirliklərlə birgə iş aparır. İmkan daxilində bu insanlar Azərbaycana gətirilir və yerləşdirilir"./Report

“Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir” - Xələf Xələfov