Moskvadan İrəvana şillə - Lavrov səfiri qəbul etmədi

Moskvadan İrəvana şillə - Lavrov səfiri qəbul etmədi

Moskvadan İrəvana şillə - Lavrov səfiri qəbul etmədi

Ermənistan cəmiyyəti hazırda Rusiyaya təyin olunan yeni erməni səfirin Moskvada açıq-aşkar alçaldılmasından danışır. Yeni erməni səfir Vaqarşaq Arutyunyan bir müddət Rusiyada etimadnaməsini təqdim etmək üçün səlahiyyətli nümayəndə tapa bilməyib. Sonda onu Rusiya xarici işlər naziri Sergey Lavrovun birinci mavini də yox, 10 müavinindən biri qəbul edib.

Polemika.az xəbər verir ki, bu sözləri erməni siyasi icmaçı Tevos Arşakyan deyib.

Onun sözlərinə əsasən, Arutyunyanın etimadnaməsini bir neçə gün öncə Lavrovun müavinlərindən biri olan biri Andrey Rudenko qəbul edib.

“Guya Ermənistan Rusiyanın Cənubi Qafqazda yeganə straji tərəfdaşıdır, biz KTMT-yə üzv ölkəyik, Rusiyanın bizim ölkəmizdə hərbi bazası mövcuddur. Bəs hansı səbəbdən Kreml erməni səfiri normal qarşılaya bilmədi? Lavrovun işi belə çox idi ki, o, Ermənistan səfirini qəbul edə bilmədi? Moskva bizi kiçik Afrika ölkəsi qismində görür və o cür də “hörmət” edir. Rusiya diplomatik protokol qaydalarına əsasən səfirləri şəxsən xarici işlər naziri qəbul etməlidir. Nazirin əvəzinə birinci müavin Vladimir Titov da ola bilərdi. Bu halda heç kim heç nə deyə bilməzdi, çünki Titov da Kremldə samballı fiqur sayılır. Amma 10 müavindən biri... Bu, konkret İrəvanın Moskvanın gözündə harada olduğunun işarəsidir”, - deyə erməni ekspert qeyd edib./Axar.az

Moskvadan İrəvana şillə - Lavrov səfiri qəbul etmədi