Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanıldı

Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanıldı

Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanıldı

Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanılıb.

Polemika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

O, bildirib ki, saxlanılan 1989-cü il təvəllüdlü Röyal Həsənov əməlini etiraf edib.

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir"- deyə E.Hacıyev qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün 20 Yanvar metrostansiyasının yaxınlığında taksi sürücü xanım sərnişinə əxlaqsız təkliflər edib. Daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.

Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlər edən sürücü saxlanıldı