Miqrasiya Xidmətinin rəsmiləri tələbələri maraqlandıran sualları cavablandırdı - Foto

Miqrasiya Xidmətinin rəsmiləri tələbələri maraqlandıran sualları cavablandırdı - Foto

Miqrasiya Xidmətinin rəsmiləri tələbələri maraqlandıran sualları cavablandırdı - Foto

Dövlət Miqrasiya Xidməti və DMX yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə Qərbi Kaspi Universitetində əcnəbi tələbələrlə görüş keçirilib.

Polemika.az xəbər verir ki, tədbirdə Miqrasiya proseslərini tənzimləmə baş idarəsi, Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin baş inspektoru Ruslan Ağayev və Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi, Hüquqi təminat idarəsinin inspektoru Tural Çələbiyev tərəfindən tələbələri və Universitetin əcnəbi tələbələrlə iş üzrə məsul şəxslərini maraqlandıran suallar cavablandırılıb. Tələbələrə Miqrasiya Məcəlləsinə uyğun müvafiq izahatlar verilib.

Görüşdə iştirak edən Qərbi Kaspi Universitetinin əcnəbi tələbələr üzrə baş mütəxəssisi Asim Əliyev və DMX yanında İctimai Şuranın təhsil üzrə işçi qrupunun rəhbəri Vidadi Fətullayev əcnəbi tələbələrlə belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər və görüşün keçirilməsinə şərait yaratdıqlarına görə Dövlət Miqrasiya Xidməti və Universitetin rəhbərliklərinə təşəkkürlərini bildiriblər.

Miqrasiya Xidmətinin rəsmiləri tələbələri maraqlandıran sualları cavablandırdı - Foto