"Minsk qrupu fəaliyyətini davam etdirməlidir" - Zaxarova

"Minsk qrupu fəaliyyətini davam etdirməlidir" - Zaxarova

"Minsk qrupu fəaliyyətini davam etdirməlidir" - Zaxarova

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bu formatın işinin ilk növbədə mandatına uyğun və təbii ki, 2020-ci ildən sonra yaranmış regional reallıqları nəzərə alaraq davam etdirilməsinin tərəfdarıdır".

Polemika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bizim bu mövqeyimizi ATƏT-in Minsk Qrupu üzrə tərəfdaşlarımız - ABŞ və Fransa tamamilə bölüşür. Bu, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirlərinin 7 dekabr 2021-ci il tarixli birgə bəyanatında öz əksini tapıb”.

Zaxarova xatırladıb ki, ötən il Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə həmsədrlərlə görüşlər zamanı tərəflərə gələcək qarşılıqlı fəaliyyət üçün gündəliyə dair balanslaşdırılmış, kifayət qədər real təkliflər verilib: 

“Bu, ilk növbədə sosial-iqtisadi sahədə aktual humanitar problemlərin həllinə yönəldilib. Biz tərəflərdən, o cümlədən üçlüyün regional səfərlərinin bərpası məsələsi ilə bağlı rəsmi cavab gözləyirik”.

"Minsk qrupu fəaliyyətini davam etdirməlidir" - Zaxarova