Millət vəkili Operativ Qərargaha müraciət etdi

Millət vəkili Operativ Qərargaha müraciət etdi

Millət vəkili Operativ Qərargaha müraciət etdi

Bu gün Azərbaycanda 150 nəfərlik toyların keçirilməsinə icazə verilir. Operativ Qərargah və müvafiq dövlət orqanları COVID virusunu nəzarət altında saxlaya bilir. Digər tərəfdən, insanlar özləri də məsuliyyətli olub və qorunur.

Bunu millət vəkili Razi Nurullayev deyib. Millət vəkili bildirib ki, müxtəlif yerlərdə onlarla vətəndaş yaxınlaşır, yas məclislərinə da icazə verilməsini xahişi ilə müraciət edirlər. (Sputnik.az)

"Yası düşən adam həyətində başsağlığı qəbul etmək üçün incidilməsin. Elə rayonlar var ki, qaydaları bir az yumşaq tətbiq edir, elə rayon və şəhərlər də var ki, daha sərt. Nə fərqi var ki, məclis məclisdir. Qoy yas məclislərinə də 100-150 nəfər civarında icazə verilsin. Operativ Qərargahdan bu müraciətə operativ baxmağı xahiş edirəm", - Nurullayev deyib.

Onun fikrincə, hazıkı vəziyyətdə belə çıxır ki, insanlar toyda yoluxmur, amma yas məclislərində yoluxur.

"Onsuz da qadınlar evlərdə yığışıb yas edirlər və bunun qarşısını almaq mümkün deyil. Kişilər isə qayda-qanunlara daha uyğun hərəkət edə və məsafə saxlaya bilərlər. İkinci məsələ isə dini inancları olan şəxslərlə bağlıdır. Məscidlərdə 50 nəfərin sayının toy sayına bərabərləşdirilməsi, ən azı 100 nəfərə çatdırılması ədalətli olardı. Eyni zamanda, eyni vaxtda namaz qılanların da sayının 15 nəfər müəyyən edilməsi sosial narazılıq yaradıb. Din adamları gündə üç dəfə dəstəmaz alır və təmizliyə daha çox riayət edirlər", - Razi Nurullayev deyib.

Millət vəkili ona müraciət edən onlarla din xadimi adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyib: "Ümid edirəm ki, bu məsələ ilə bağlı izahat və açıqlamanı da bu gün, ya sabah eşidərik. Arzum budur ki, aidiyyəti orqanlar millət vəkillərinin qaldırdıqları məsələlərə mütləq münasibət bildirsinlər. Bir-birimizlə qarşılıqlı anlaşma və hörmət mühitində işləyək ki, münasibətlərimiz gərginləşməsin".

Millət vəkili Operativ Qərargaha müraciət etdi