Mediada azyaşlılarla bağlı edilən yanlışlar: “Onların şəxsiyyəti, kimlikləri açıq formada verilməməlidir”

Azyaşlıların erkən nikaha sövq edilməsi və təhsildən yayılması ilə bağlı məsələlər ictimai nəzarətə çıxarılmalıdır. 

Bunu Polemika.az-a açıqlamasında vəkil Sima Yaqubova deyib. 

Onun sözlərinə görə, azyaşlıların hüquqlarının pozulması ilə bağlı faktların televiziyaya, mediaya çıxarılması bu sahədə ictimai nəzarətə çıxarılmasına xidmət edir. Bu məsələdə ictimai qınaq önəmlidir. 

“Hətta deyərdim ki, bu medianın, jurnalistikanın ən öndə gələn prinsiplərindəndir. Azyaşlıların erkən evləndirilməsi, təhsildən yayılması kimi məsələlər var. Bu ictimai nəzarətə çıxarılmalı məsələlərdir. Sadəcə bu məsələləri mediaya, efirə çıxaranda çox həssas yanaşılmalıdır”. 

Sima Yaqubova qeyd edib ki, azyaşlının mənafeyi nəzərə alınmaqla onların kimlikləri açıq tutulmalı deyil:

“Uşağın mənafeyinə görə, adları şərti olaraq açıqlanmalıdır. Onların üzləri aydın göstərilməməlidir. Çünki yetkinlik yaşına çatmayanın mənafeyinin qorunması vacibdir.

Onun timsalında cəmiyyətdə olan bütün uşaqların problemləri işıqlandırılmalıdır. Amma onların şəxsiyyəti, kimlikləri bir növ açıq formada verilməməlidir. Açıq formada vermək üçün uşaqlar 10 yaşdan aşağıdırsa, onun qəyyum edən şəxslərin razılığı olmalıdır. Valideyni yoxdursa, Qəyyumluq orqanın bu barədə razılığı önəmlidir. Ümumiyyətlə yetkinlik yaşına çatmayanların qeyd edilən mövzularla bağlı problemləri mediada işıqlandırılması zamanı hüquqi cəhətdən onların adlarını şərti olaraq verilməsi, üzlərinin dumanlı formada video və fotolarla verilməsi məqsədə müvafiq hesab edilir”.

Nəzrin Vahid

Mediada azyaşlılarla bağlı edilən yanlışlar: “Onların şəxsiyyəti, kimlikləri açıq formada verilməməlidir”