"Maska taxın, peyvənd vurdurun" - Ayətullah Xamnəi

"Maska taxın, peyvənd vurdurun" - Ayətullah Xamnəi

"Maska taxın, peyvənd vurdurun" - Ayətullah Xamnəi

"Mən də koronavirus əleyhinə peyvəndinin üçüncü dozasını vurdurdum. İnsanlara həkimlərin və mütəxəssislərin sözlərinə qulaq asmağı tövsiyə edirəm".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Ali dini rəhbəri Ayətullah Xamnəi bildirib.

Bu gün Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanları ilə görüşündə qeyd edib ki, həkimlərin elan etdiyi prosedurlara əməl edir.

"Mən də bəndəyəm, yəni bunları etmək borcum olduğunu bilirəm və edirəm. Maska taxmağa da israr edirəm və üçüncü dəfədir ki, özüm də peyvənd olunuram. Möhtərəm xalqımıza tövsiyə edirəm ki, bu sahənin mütəxəssislərinin, ekspertlərinin hər sözünə diqqət yetirsinlər, onlara qulaq assınlar. Onların lazımlı gördüyü hər şeyi edin", - deyə Xamnəi qeyd edib.

"Maska taxın, peyvənd vurdurun" - Ayətullah Xamnəi