“Marsın kolonizasiyası 5-10 il ərzində mümkündür” - İlon Mask

“Marsın kolonizasiyası 5-10 il ərzində mümkündür” - İlon Mask

“Marsın kolonizasiyası 5-10 il ərzində mümkündür” - İlon Mask

Tanınmış milyarder və ixtiraçı İlon Mask bildirib ki, “SpaceX” ən yaxşı halda - 5 il, ən pis halda isə 10 ildən sonra Marsa insan göndərməyi planlaşdırır.

“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu Mask həmçinin gələcəkdə Marsda bütöv koloniya şəhərləri qurmağı planlaşdırdığını bildirib. Bu barədə “Newsweek” yazır.

Mask qeyd edib ki, “Starship” kosmik gəmisi “hal-hazırda dünyada ən qabaqcıl raketdir” və indi əsas problem “bir ton yükün orbitə çıxarılması xərclərini minimuma endirməkdir”.

Onun sözlərinə görə, hazırda Marsın kolonizasiyası demək olar ki, mümkün deyil, çünki insanların “qırmızı planetə” göndərilməsinin özü 1 trilyon dollara başa gələ bilər. Astronavtları həmçinin tibbi avadanlıq və rabitə vasitələri ilə təchiz etmək lazım olacaq.

“Marsın kolonizasiyası 5-10 il ərzində mümkündür” - İlon Mask