Makron nə etməyə çalışır? - Ermənilərə yeni “status”...

Makron nə etməyə çalışır?

Makron nə etməyə çalışır? - Ermənilərə yeni “status”...

"Fransa prezidenti E. Makronun Azərbaycan və Ermənistan arasında vasitəçiliyi, hər iki liderlə birgə görüşü Ermənistanın maraqlarına xidmət edir. E.Makron və rəsmi Parisin mövqeyi Minsk qrupunun formatının davam etməsi və regionda etnik ermənilərə yeni bir "status" tanımaqdır".

Polemika.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Fransanın iki olkə arasında sülhün əldə edilməsi istiqamətində vasitəçiliyi ümumiyyətlə mümkün deyil:

"Prosesdə Rusiya var və Moskva çalışır ki, proses nəzarətindən çıxmasın. Amma, gələn ildən Ermənistan Baş naziri Nikol Paşinyan çalışacaq ki, Rusiyadan kənar Azərbaycanla birbaşa danışıqlara getsin və mümkün razılaşmalar əldə edilsin. Necə ki, Brüsseldə dəmiryol xəttinin çəkilməsi razılaşdırıldı".

"Məhz Azərbaycan prezidenti İlham Əliyev də Ermənistana birbaşa görüşü dəfələrlə təklif edib. Çünki, Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar kağız üzərində qalır. Mümkündür ki, növbəti ildən iki olkə arasında normallaşma prosesi sürətlənsin. Amma, Moskvada boş oturmayacaq. Sabotajlara əl atacaq", - deyə M.Əsədullazadə qeyd edib.

Makron nə etməyə çalışır? - Ermənilərə yeni “status”...