Mahir Türkiyə klubuna keçir - Şok iddia

Mahir Türkiyə klubuna keçir

Mahir Türkiyə klubuna keçir - Şok iddia

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Başakşehir”lə hərtərəfli razılığa gəlib.

Polemika.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Bildirilib ki, “Legiya” ilə müqaviləsi davam etməsinə baxmayaraq, Polşa klubunun düşərgəsinə qayıtmayan 25 yaşlı forvard İstanbul təmsilçisi ilə sözləşmənin detallarını razılaşdırıb. Ancaq “Başakşehir”in bu keçidi rəsmiləşdirmək üçün şərti var:

Futbolçu “Legiya” ilə hüquq çərçivəsində yollarını ayırmalı və heç bir problem olmamalıdır. Yəni Super Liqa təmsilçisi Mahiri azad agent kimi qəbul etməyə hazırdır.

Qeyd edək ki, “Legiya” hazırda təlim-məşq toplanışında olsa da, Mahir Emreli komandaya qayıtmayıb. Həmyerlimiz 2024-cü ilin yayına qədər olan müqaviləsinə xitam verilməsi üçün varşavalılara rəsmi məktub göndərib. (apasport)

Mahir Türkiyə klubuna keçir - Şok iddia