Mahir niyə Türkiyə klubuna keçmədi? - Baş məşqçidən açıqlama

Mahir niyə Türkiyə klubuna keçmədi? - Baş məşqçidən açıqlama

Mahir niyə Türkiyə klubuna keçmədi? - Baş məşqçidən açıqlama

"Əslində Mahir ilə maraqlanmışıq və danışıqlarımız da olub. Amma onunla bağlı problemlər var idi". 

Polemika.az xəbər verir ki, bu sözləri "Başakşəhər"in baş məşqçisi Emre Belözoğlu "İhlas" agentliyinə müsahibəsində deyib. O, Azərbaycan millisinin bu gün "Dinamo" (Zaqreb) ilə müqavilə imzalayan futbolçusu Mahir Emrelini transfer edə bilməmələrindən danışıb. 42 yaşlı mütəxəssis vurğulayıb ki,  Emrelinin Polşa "Legiya"sı ilə problemlərinin olması səbəbindən bu keçid alınmayıb:

"Emreli "Legiya"da arzulamadığı olay yaşayıb və komandadan ayrılmaq istədiyini bildirib. Lakin yolların ayrılma prosesi uzun çəkdi. Biz isə tezliklə qərar qəbul etməli idik. Yanvar qış transferi üçün asan ay deyil. Bizə kömək edəcəyinə inandığımız oyunçu idi. Lakin hazırkı məqam üçün bu transfer baş tutmadı".

Qeyd edək ki, Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə 4,5 illik müqavilə bağlayıb.\Qol.az

Mahir niyə Türkiyə klubuna keçmədi? - Baş məşqçidən açıqlama