Magistraturaya qəbul imtahanlarına etiraz: “İndiki dövrdə artıq fərq qalmayıb…”

Magistraturaya qəbul imtahanlarına etiraz: “İndiki dövrdə artıq fərq qalmayıb…”

Magistraturaya qəbul imtahanlarına etiraz: “İndiki dövrdə artıq fərq qalmayıb…”

Dünən Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilib. Bakalavrların çoxu imtahan suallarından narazılıq bildiriblər. Onlar nəticənin aşağı gələcəyini güman edirlər. Xüsusən də 4 il humanitar və təbiət elmləri üzrə təhsil alan bakalavrlar imtahanda çətinlik çəkiblər. Çünki onlar 4 il ərzində ancaq bu elm sahələri üzrə təhsil alıblar.

Etiraz edirlər ki, texniki elmlər üzrə təhsil alan bakalavrlar da informatika və məntiqdən imtahan verir, onlar da. Bunun ədalətsiz olduğunu bildiriblər. 

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı Polemika.az-a açıqlamasında deyib ki, ixtisas fənləri ayrı olan şəxslər eyni imtahan verə bilməz:

“Ömür boyu ixtisaslar üzrə imtahanlar fərqli olub. Riyaziyyatla ədəbiyyat oxuyan şəxs eyni imtahan verə bilməz axı. Bu mümkün deyil. Elmlərin hər birinin müxtəlif adları var. Riyaziyyat və təbiət elmləri əsasən mühəndisliklə bağlıdır. Onların öz vacib predmentləri, səmtləri var. Bu elmlər üzrə hazırlaşanlar kimya, fizika, riyaziyyatı mükəmməl bilməlidir. Humanitar elmlərin də özünəməxsus üstünlükləri var. Humanitar elmlər əsasən ədəbiyyat, fəlsəfə ilə bağlıdır”.

Hamlet İsaxanlının sözlərinə görə, müxtəlif elmləri birləşdirən bəzi sahələr olur: “Bununla yanaşı müxtəlif elm sahələrini birləşdirən bəzi sahələr ola bilir. Hamı ola bilsin ki, dildən imtahan versin. Çünki dil hər kəs üçün vacibdir. Ümumiyyətlə ixtisasyönlü imtahanlar fərqli olmalıdır. Çünki bütün dünyada belədir. Bizdə də elə olmalıdır. Ona şübhə yoxdur”.

H.İsaxanlı qeyd edib ki, magisturaturaya qəbul imtahanında ümumi cəhətlər olsa da, nəticədən asılı olaraq fərqlər də olacaq: “Dillə yanaşı elə fənlər var ki, onu hər kəs bilməli, imtahan verməlidir. Dili yaxşı bilmək lazımdır. Çünki hər yerə çıxış xarici dillədir. Kompüter elmləri də elədir. İndiki dövrdə artıq fərq qalmayıb ki, sənəd ədəbiyyatçısan və ya tarixçi. Hamı kompüterdə müəyyən biliklərə malik olmalıdır. Onsuz yaşamaq mümkün deyil. Onsuz tədqiqat aparıb, oxumaq mümkün deyil. Ümumi cəhətlər var. Amma nəticələrdən asılı olaraq fərqlər də olacaq”.

Nəzrin Vahid  

 

Magistraturaya qəbul imtahanlarına etiraz: “İndiki dövrdə artıq fərq qalmayıb…”