Magistraturaya daxil olmaq istəyənlərin nəzərinə: Müddət uzadıldı

Magistraturaya daxil olmaq istəyənlərin nəzərinə:

Magistraturaya daxil olmaq istəyənlərin nəzərinə: Müddət uzadıldı

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun müddəti uzadılıb.

Polemika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Xatırladaq ki, sənəd qəbulu bu gün saat 23:59-da başa çatmalı idi.

Ancaq müddət fevralın 11-i saat 10:00-dək uzadılıb.

Qeyd edək ki, bu gün saat 16:25-dək 16 380 nəfərin (Azərbaycan bölməsi - 15007 ; rus bölməsi - 1373) ərizəsi qəbul edilib.

Xatırladaq ki, sənəd qəbuluna fevralın 1-dən başlanılıb. Magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.

Magistraturaya daxil olmaq istəyənlərin nəzərinə: Müddət uzadıldı