Magistratura imtahanında iştirak edəcək bakalavrların ​nəzərinə!

Magistratura imtahanında iştirak edəcək bakalavrların ​nəzərinə!

Magistratura imtahanında iştirak edəcək bakalavrların ​nəzərinə!

Fevralın 20-də 2022-2023-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçiriləcək qəbul imtahanı zamanı namizədlərdən vaksin pasportu tələb olunmayacaq.

Bu barədə Polemika.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, namizədlər imtahana gələrkən yalnız özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni gətirməlidirlər. ​ Sözügedən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sənəd qəbulu zamanı ​ ümumilikdə 17 092 bakalavr ərizəsini təsdiqləyib. Onlardan 15 648 nəfəri Azərbaycan bölməsi, 1 444 nəfəri isə rus bölməsi üzrə müraciət edib.

Magistratura imtahanında iştirak edəcək bakalavrların ​nəzərinə!